"Qarabağ"ın rəqibi problemlə üzləşib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi  - "Lex" problemlə üzləşib.

Sportline.az xəbər verir ki, Polşa klubu danışıq apardığı futbolçuların transferini həyata keçirə bilmir.

Bunun maliyyə ilə bağlı olduğu bildirirlir. 

"Lex" daha əvvəl Portuqaliyanın "Belenenseş" klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşsa da, onunla müqavilə imzalamaq hələ də mümkün olmayıb. Polşa klubu portuqaliyalı futbolçuya 800 000 avro təklif edib. Yerli "Vitoriya" (Gimaraynş) isə Souza üçün "Belenenseş"ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib.

"Lex"in son olaraq Norveç "Rusenborq"unun mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

Qeyd edək ki, "Lex" "Qarabağ"la ilk oyununu iyulun 5-də Poznan şəhərində keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab matçının start fiti isə saat 20:00-da səslənəcək.