“Qarabağ”ın rəqibi yenə uduzdu

“Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Lex” (Polşa) yoxlama oyununda qüvvəsini sınayıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Poqon”la qarşılaşan Poznan təmsilçisi rəqibinə məğlub olub – 0:1.

Xatırladaq ki, “Lex” ilk yoxlama matçında Polşanın 2-ci liqasında mübarizə aparan “Vidzev”ə 1:2 hesabıyla uduzmuşdu.

“Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.