"Qarabağ"ın rəqibində ayrılıq

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Lex” klubu iki futbolçusu ilə yollarını ayırır. Sportline.az “sport.interia”ya istinadən xəbər verir ki, çexiyalı Yan Sikora və ispaniyalı Daniel Ramires komanda ilə vidalaşmağa hazırlaşır.

Sikora artıq ölkəsinin “Viktoriya” klubunda təlim-məşq toplanışına qoşulub.

Ramires isə rəhbərliyə klubdan ayrılmaq istədiyini bildirib. Buna baxmayaraq, 30 yaşlı yarımmüdafiəçi “Qarabağ”la görüşlərin iştirak ərizəsinə daxil edilib.

“Lex”lə “Qarabağ” arasındakı ilk oyun bu gün keçiriləcək. “Poznan” stadionundakı qarşılaşma saat 22:00-da başlanacaq. Cavab oyunu iyulun 12-də Bakıda olacaq.