"Qarabağ"ın rəqibində koronavirus şoku

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sivasspor" klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Sportline.az klubun rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, hər iki oyunçu əsas komandanın üzvüdür.

Adları açıqlanmayan futbolçular karantinə alınaraq müalicələrinə başlanılıb.

Qeyd edək ki, "Qarabağ" IV turda "Sivasspor"u qəbul etməlidir. Ağdam klubu noyabrın 26-dakı matçın Bakıda keçirilməsi üçün UEFA-ya müraciət edib.