"Qarabağ"ın rəqibinə güzəşt olundu

"Ferentsvaroş"un avqustun 6-da Macarıstan çempionatının II turunda "Zalaegerseq"lə keçirməli olduğu oyun təxirə salınıb.

Sportline.az xəbər verir ki, Budapeşt təmsilçisi Bakıda "Qarabağ"a qarşı oynayacağı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı yerli futbol liqasına müraciət edib.

Yolun uzaq olmasını və görüşün önəmini nəzərə alan paytaxt klubu çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi komandanın istəyinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" görüşü saat 20:00-da başlanacaq.