“Qarabağ”ın səfər proqramı açıqlandı
Avropa Liqasının III turunda "Sivasspor”un qonağı olacaq "Qarabağ”ın səfər proqramı açıqlanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu sabah çarter reysi ilə Türkiyənin Sivas şəhərinə yollanacaq.
Ağdam təmsilçisini qardaş ölkəyə aparacaq təyyarə saat 11:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək. Komanda Sivasa tam heyətlə yollana biləcək. Zədəsini sağaldan oyunçular da baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq. "Qarabağ” sabah qarşılaşmanın oynanılacağı "Yeni 4 Eylül” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor” – "Qarabağ” oyunu Bakı vaxtı ilə 21:55-də başlanacaq.