Qarsiya "Napoli"dən gedir?
"Napoli" mövsümə pis başlayandan sonra baş məşqçi Rudi Qarsiyanı istefaya göndərə bilər.
Sportline.az xəbər verir ki, Neapolitan rəhbərliyi Qarsiyanın yerinə əsas namizəd kimi “Marsel”in sabiq çalışdırıcısı İqor Tudoru nəzərdən keçirir. Digər namizədlər arasında PSJ-nin keçmiş baş məşqçisi Kristof Qaltye də var.
"Napoli" İtaliya A Seriyasında 5 turdan sonra 8 xalla 7-ci pillədə qərarlaşıb. Yayda neapolluların ötən mövsüm İtaliya çempionu olduğu Luçano Spaletti komandadan ayrılıb.