Qazaxıstan - Azərbaycan görüşündə anşlaq gözlənilir
Millətlər Liqasının Qazaxıstan – Azərbaycan görüşünə azarkeş marağı böyükdür.
Sportline.az xəbər verir ki, “Astana Arena”da keçiriləcək oyuna 20 mindən çox bilet satılıb.
Arenanın tutumunun 30 min nəfər olduğunu nəzərə alsaq, bu rəqəmin oyuna qədər artacağına şübhə yoxdur.
Millimizin azarkeşləri üçün də 500 nəfərlik tribuna ayrılıb.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı bu gün Bakı vaxtı ilə saat 18:00-da başlanacaq