"Qəbələ" qalib gəldi, Vüqar Nadirov dubl etdi
Əvəzedicilərin çempionatında 13-cü tura start verilib. SportLine.az xəbər verir ki, ilk oyunda "Sumqayıt" və "Qəbələ" futbol klublarının əvəzedici heyətləri üz-üzə gəliblər. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Matç, həm də Vüqar Nadirovun dublu ilə yadda qalıb. 55 və 88-ci dəqiqələrdə fərqlənən forvard komandasının qələbəsində pay sahibi olub.
20 noyabr 2015
Əvəzedicilərin çempionatı, 13-cü tur
“Sumqayıt” - “Qəbələ” 1:3
QOLLAR: Ülvi İsgəndərov, 19 (0:1); Vüqar Nadirov, 55 (0:2); Vüqar Nadirov, 88 (0:3); Emil Həsənzadə, 90+3 (1:3)