"Qəbələ" "Sürix"lə oyuna bu heyətlə çıxacaq
"Qəbələ"nin Antalya toplanışı çərçivəsində bir qədər sonra "Sürix"ə (İsveçrə) qarşı keçirəcəyi yoxlama oyunu üçün start heyəti müəyyənləşib.
SportLineaz klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk ilk on birlikdə aşağıda adları qeyd olunan futbolçulara şans verəcək:
22. Dmitri Dezotosnı, 8. Qismət Alıyev, 3. Vojislav Stankoviç, 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 28. Stiven Monroz, 18. Filip Ozobiç, 9. Baqoli Dabo, 10. Ruslan Qurbanov
Qeyd edək ki, "Qəbələ" - "Sürix" görüşü bu gün Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.