"Qəbələ" Türkiyə klubuna qarşı

Mövsümə hazırlığı davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Bolu şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Qaziantep”lə görüşəcək.

Super Liqa təmsilçisi ötən mövsümdə çempionatı 15-ci pillədə başa vurub. Bu qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlanacaq. 

Qardaş ölkədə 2 oyuna çıxacaq “Qəbələ” iyulun 12-də Rumıniyanın “Çiksereda” komandası ilə görüşəcək.

Yoxlama oyunu

5 iyul

17:30. “Qəbələ” – “Qaziantep”