"Qəbələ"də braziliyalı hücumçu

"Şamaxı"dan ayrılan Felipe Santosun yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını "Qəbələ"də davam etdirəcək. Tərəflər 1 illik müqavilə imzalayıb. Yaxın zamanda keçid açıqlanacaq.

Ötən ilin yayında Sloveniyanın "Maribor" klubundan "Şamaxı"ya gələn (o vaxtkı "keşlə") Santos ümumilikdə 26 matçda 7 qol, 5 assistlə yadda qalıb.

"Qəbələ" dah əvvəl "Sabah"dan Səlahət Ağayev və "Şamaxı"dan İlkin Qırtımovu heyətinə qatıb.