"Qəbələ"dən Gürcüstan klubuna

"Qəbələ"dən ayrılan Nikolaz Baçaliaşvili Gürcüstan çempionatında oynayacaq.

Sportline.az xəbər verir ki, aşağı yaş qruplarından ibarət milli komandalarımızda oynamış, U-20 seçməsinə də cəlb edilən Nikolaz “Spaeri” ilə anlaşıb.

Hazırda üçüncü pillədə olan Tbilisi təmsilçisi yüksək liqaya çıxmaq üçün mübarizə aparır.