"Qəbələ"dən Kipr klubuna

Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan ispaniyalı futbolçu Fernan Lopes Kiprin "Enosis" komandasına keçib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fernan Lopes ötən ilin oktyabrında "Qəbələ"yə transfer olmuşdu. Təcrübəli forvard daha əvvəl 2019/2020 mövsümündə də Qəbələ"nin formasını geyinib.