"Qəbələ"nin futbolçusu FİFA-ya müraciət etdi
"Qəbələ"nin futbolçusu Ermin Zets köhnə komandası "Balıkəsirspor"dan ona olan borscunu ödəməsini tələb edir. SportLine.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub nümayəndəsi Şahkan Saltık bu barədə ictimaiyyətə məlumat verib. Onun sözlərinə görə, bosniyalı futbolçu təzminat olaraq 1 milyon 800 min avro istəyir. O, Zetsin artıq FİFA-ya müraciət etdiyini də deyib.
Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm "Balıkəsirspor"dan "Qəbələ"yə transfer olunub.