"Qəbələ"nin legioneri: "Konfrans Liqası bizim üçün vacib turnirdir"
"Konfrans Liqası həm klubum, həm də mənim üçün vacib turnirdir. Əla mövsüm keçirməyə köklənmişəm"
Sportline.az xəbər verir ki, bunu "Qəbələ"nin futbolçusu Rafael Utziq avrokuboklara vəsiqə qazanmaları barədə danışarkən deyib.
Braziliyalı hücumçu bildirib ki, hər bir futbolçu belə bir turnirdə oynayamaq istəyər: "Təbii ki, orada çıxış etmək mənim üçün xüsusi olacaq".
"Qırmızı-qaralar"la müqaviləsini yeniləməsinə də toxunan 26 yaşlı forvard əyalət təmsilçisində özünü evindəki kimi hiss etdiyini söyləyib: "Bu klubda üçüncü mövsümümü keçirəcəyəm. Bəzi hallarda danışıqlar aparmalı olduq, amma hər şeyi həll etdik və mən qayıtmaq qərarına gəldim. Çox böyük gözləntilərim var".
Qeyd edək ki, "Qəbələ" Rafael Utziqlə 1 illik yeni müqavilə bağlayıb.