"Qəbələ"nin rəqibində yeni müqavilə

Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Fehervar" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Macarıstan təmsilçisi Attila Fiola ilə müqaviləni yeniləyib.

32 yaşlı müdafiəçi daha iki il komandada qalacaq. 

Macarıstan millisi üzvü olan Fiola 2016-cı ildən "Fehervar"da çıxış edir.

"Qəbələ" bu komanda ilə iyulun 21-də səfərdə, 28-də isə Azərbaycanda qarşılaşacaq.