"Qəbələ"nin sabiq futbolçusu "Şamaxı"da

Ötən mövsümü “Qəbələ”də keçirmiş Kamal Mirzəyevin yeni mövsümə hansı komandada başlayacağı böyük ölçüdə dəqiqləşib.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçinin "Şamaxı"ya keçidi gözlənilir.

“Səbail” və “Kəpəz”in də maraq dairəsində olan futbolçunun Cavid Hüseynovun rəhbərlik etdiyi kollektivə cəlb olunacağı bildirilir.

Qeyd edək ki, Mirzəyev  “Qəbələ”, AZAL, “Sumqayıt”, “Zirə”, “Əl-Salmiyə” klublarının da, formasını geyinib.