"Qəbələ"nin yeni futbolçusu Bakıya gəlir

Konfrans Liqasında mübarizə aparacaq "Qəbələ" hazırlıqlarını davam etdirir.

Sportline.az xəbər verir ki, bölgə klubunun yeni mövsüm hələ ki, yeganə legioner transferi Felipe Santosdu. Hazırlıqlar başlasa da, braziliyalı komandanın düşərgəsinə qoşulmayıb.

Ötən mövsüm "Şamaxı"da oynamış futbolçu artıq Braziliyanı tərk edərək Azərbaycana yola düşüb. Onun komandanın sabahkı məşqində iştirak edəcəyi gözlənilir. 

Karyerası ərzində “Paulista”, “Ankaran”, “Maribor” klublarında oynamış 25 yaşlı vinger “Qəbələ” ilə 1+1 illik müqaviləyə qol çəkib.