Qələbədən sonra mahnı oxuduqlarına görə cəzalandırıla bilərlər

PSJ-nin futbolçuları Usmane Dembele, Əşrəf Hakimi, Randall Kolo-Mouani və Leven Kurjava Fransa Futbol Federasiyasının intizam komitəsi tərəfindən oktyabrın 5-də keçiriləcək iclasa çağırılıb.

Sportline.az xəbər verir ki, Paris klubunun təmsilçilərindən "Marsel" üzərində qələbədən (4:0) sonra azarkeşlərlə təhqiramiz şüarlar səsləndirilməsi ilə bağlı izahat tələb olunacaq.

PSJ Fransa çempionatının turnir cədvəlində 11 xalla 3-cü pillədə qərarlaşıb. "Marsel" 8-ci yerdədir (9 xal).