Qeyci də Maxaçevi istəyir

Amerikalı Castin Qeyci də rusiyalı İslam Maxaçevlə döyüşmək istəyir.

Sportline.az TASS-a istinadla xəbər verir ki, Qeyci Maxaçevin UFC 294 turnirindəki qələbəsindən sonra bu fikrə düşüb.

Amerikalı idmançı “mən Maxaçevin növbəti rəqibi olmalıyam. Burada müzakirə olunacaq heç nə yoxdur”, – deyə Qeyci TASS-a bildirib.