"Qırmızı şeytanlar"dan transfer

"Feyenoord"un müdafiəçisi Tirell Malasia "Mançester Yunayted"ə keçib. 

Sportline.az İngiltərə klubunun saytı xəbər verir ki, 22 yaşlı futbolçu ilə  2026-cı ilin yayına qədər müqavilə imzalanıb. Müqavilənin daha bir mövsüm uzadılması variantı da var.

Britaniya mətbuatı Mançester təmsilçisinin bu transfer üçün 15 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Malasia ötən mövsüm "Feyenoord"da 50 matçda 1 qol vurub və 5 qolun ötürməsini verib.