"Qızıl buts"un sahibi məlum oldu

2017-2018 mövsümündə "Qızıl buts" mükafatının sahibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu "Barselona"nın hücumçusu Lionel Messidir. 

Leo ötən gecə yekunlaşan İspaniya La Liqasında 36 oyuna 34 qol vurub. 

Bu göstərici ilə 68 xal toplayan Messi "Liverpul"un hücumçusu Məhəmməd Salahı üstələyib. Misirli futbolçu İngiltərə Premyer Liqasında başa çatan mövsüm 36 oyuna 32 qol vurub.

Bu, Messinin 5-ci nailiyyətidir. Argentinalı futbolçu, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında ən yaxşı bombardir adına layiq görülüb.