“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-də baş tutacaq

FİFA Ballon d'Or mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib.

Sportline.az “France Football”un mətbuat xidmətinə istinadla  xəbər verir ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 28-də baş tutacaq.

Tədbir "Şatle" teatrında keçiriləcək.

Qeyd edək ki, namizədlərin adları sentyabrın 4-də bilinəcək.