Qvardiola: "Bəlkə bir az şişirtmişəm"
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Mateus Nunyezi dünyanın ən yaxşı futbolçularından biri adlandırarkən şişirtdiyini etiraf edib.
Sportline.az xəbər verir ki, mütəxəssis bu barədə "Goal"a danışıb.
“Bəlkə də bir az şişirtmişəm. Bu səhvdir. O, həqiqətən də yaxşı oyunçudur, lakin mən bunu 5:0 hesablı qələbədən sonra dedim. Buna baxmayaraq, o, müstəsna oyunçudur”, – deyə Qvardiola bildirib.
Nunyez 2019-2022-ci illərdə "Sportinq"də çıxış edib. 2023-cü ildə o, "Mançester Siti"nin oyunçusu oldu. Bu mövsüm 25 yaşlı futbolçu Premyer Liqada 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.