Qvardiolanın yeni planı
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emerini transfer etməkdə maraqlıdır.
Sportline.az xəbər verir ki, Qvardiola 17 yaşlı fransızı PSJ ilə maraqlanan "Siti"nin yarımmüdafiəçisi Bernard Silvanın müqaviləsinə daxil etmək istəyir.
Zaire-Emeri PSJ-nin yetirməsidir. O, parislilərin heyətində 38 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt portalı yarımmüdafiəçinin dəyərini 20 milyon avro qiymətləndirir.