Rafael Ağayev Tokio 2020-yə ölkə xaricində hazırlaşacaq
Tanınmış karateçi Rafael Ağayev Tokio olimpiadasına hazırlığı Türkiyədə davam etdirəcək.
5 qat dünya çempionu bu haqda Sportline.az saytına özü məlumat verib. Təcrübəli idmançı bildirib ki, qardaş ölkədə keçiriləcək məşqlər əsasən fiziki hazırlıq üzrə olacaq.
36 yaşlı karateçi Tokio 2020-nin startınadək tam formada olacağına ümid bəslədiyini deyib.
Qeyd edək ki, 5 qat dünya və 11 qat Avropa çempionu 75 kq-dək çəki dərəcəsində olimpiya mükafatlarına əsas namizədlərdən sayılır.
Onunla yanaşı seçmə komandamızın digər üzvü İrina Zaretska da olimpiadaya vəsiqəni təmin edib.