Rafael Ağayev və Firdovsi Fərzəliyev qızıl medal uğrunda yarışacaq

Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

Sportline.az xəbər verir ki, 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda Pavel Artamanova (Rusiya) qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.

Qeyd edək ki, bir qədər əvvəl 60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev  Rusiya təmsilçisi Yevgeni Plaxutinə qalib gəlib. O, həlledici görüşdə Kalvis Kalninslə (Latviya) üz-üzə gələcək