Rafael Ağayevin "Karate Combat"da rəqibi açıqlanıb

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin peşəkarların mübarizə apardığı “Karate Combat”da rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu, Macarıstan təmsilçisi Jolt Habdadır. Döyüş bu gün Budapeştdə keçiriləcək.

Bu barədə görüş öncəsi mətbuat konfransında açıqlama verilib. Tədbirdə sualları cavablandıran Ağayev 30 ildir idmanla məşğul olduğunu xatırladıb. O, "Karate Combat"a keçidini kiçik yaşlarından küçədə çox dalaşması ilə əlaqələndirib: "Əlbəttə, Karate Combat" mənim üçün böyük addımdır. Artıq 30 ildir idmandayam. Kiçik yaşlarımdan küçədə çox dalaşdığımdan, döyüşməyi çox sevirəm. Gələcəkdə harada olacağam? Hələlik burdayam. Çox şanslıyam ki, "Karate Combat"dayam".

Qeyd edək ki, Rafael Ağayevin 37, Jolt Habdanın 25 yaşı var. Habda karate ilə 1999-cu ildən məşğul olur.