Rafael Fiziyev revanş döyüşünə çıxa bilər

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev Las Veqasda keçirilən UFC Fight Night turnirində uduzduğu Mateuş Qamrotla revanş görüşünə çıxa bilər.

Sportline.az xəbər verir ki, sentyabrın 24-də ikinci raundda ayağından zədələnən Fiziyev texniki nokautla məğlubiyyətə uğrayıb.

İlk hissədə üstünlük Fiziyevin tərəfində olsa da, ikinci raundda rəqibi ayaq zərbəsi ilə vurmaq istəyən Rafael zədələnərək döyüşü dayandırıb.

Mateuş Qamrot UFC rəhbərliyinin razılaşacağı təqdirdə revanş döyüşünə çıxmağa hazır olduğunu bildirib.