Rafael Fiziyevin son durumu
Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyevin son durumu açıqlanıb.
Sportline.az xəbər verir ki, UFC Fight Night 228 turniri çərçivəsində polşalı Mateuş Qamrotla döyüşün ikinci raundunda texniki nokautla uduzan idmançının sağ dizinin bağları tam qopub.
Bu haqda Fiziyev sosial şəbəkədə paylaşım edib.
"Dəstəyinizə görə minnətdaram. Yazdıqlarınıza cavab verəcək əhvalda olmasam da, bildirim ki, dizim bərbad vəziyyətdədir. Bərpa olunub, yeni qüvvəylə qayıdacağam. Belə alındığına görə təəssüflənirəm. Həmin döyüşə tam hazır idim", - deyə idmançı fikirlərini bölüşüb.
Xatırladaq ki, Qamrotla döyüşün ikinci raundunda rəqibə ayaq zərbəsi endirərkən zədələnən Fiziyev arenanı sərbəst şəkildə tərk edə bilməyib.
Bu Fiziyevin peşəkar karyerasında 3-cü məğlubiyyətidir.
O, keçirdiyi döyüşlərin 12-də qələbə qazanıb.