Rafael Varan "Komo" ilə çıxdığı ilk oyunda zədələnib
İtaliya kubokunun 1/32 final mərhələsində "Komo" səfərdə "Sampdoriya" ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, "Komo"nun yeni transferi Rafael Varan zədələnərək 23-cü dəqiqədə meydanı tərk edib.
Əsəs və əlavə vaxtı 1-1 hesablı bərəbərliklə başa çatan görüşün penaltilər seriyasında Sampdoriya 4-3 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, ötən mövsüm Serie B-ni 2-ci pillədə tamamlayaraq elitaya yüksələn "Komo" klubu Rafael Varanı bu yay azad agent statusunda heyətinə qatmışdı. Fransalı ulduzun son komandası "Mançester Yunayted" olub.