Rafael Varan yeni klubu haqqında danışıb
Fransalı müdafiəçi Rafael Varan "Komo"ya keçidi haqqında danışıb.
Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu İtaliya klubunun mətbuat xidmətinə bu açıqlamaları verib.
"Əvvəlcə mənə təklif olunun layihənin nə ilə bağlı olduğunu öyrənmək istədim. Və sonra gördüm ki,bu, xüsusi bir layihədir. Mənə təklif olunan digər layihələrdə fərqlənirdi.
Çox xoşbəxtəm.Görüləsi cox iş var, həyəcanlıyam. Mənim yüksək səviyyədə oynamaqda böyük təcrübəm var. Və mən, indi bu təcrübələrimi kluba ötürmək istəyirəm. Klubun zirvəyə qalxması üçün əlimdən gələni edəcəyəm" deyə Varan bildirib.
Qeyd edək ki, Rafael Varan "Komo" ilə 2 illik müqavilə imzalayıb.O, azad agent statusunda yeni klubunun sıralarına qoşulub.