Ramil Şeydayev Azərbaycana qarşı oynayacaq

Sabah Azərbaycan və Rusiyanın 21 yaşadək futbolçuları arasında Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində növbəti oyun keçiriləcək. SportLine.az xəbər verir ki, artıq rəqibin heyəti bəllidir. 20 futbolçu ilə Bakıya gələcək Rusiya seçməsində əsalən azərbaycanlı Ramil Şeydayevin də çıxışı istisna olunmur. Belə ki, "Rubin" klubunun oyunçusu da heyətə daxil edilib. 

Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək Azərbaycan - Rusiya görüşünün start fiti sabah saat 17:00-da səslənəcək.