Rauf Əliyevin "Kəpəz"ə keçidi baş tutmadı

Azərbaycan millisinin sabiq forvardı Rauf Əliyevin yeni mövsümə hansı komandada başlayacağı hələ ki, dəqiqləşməyib.

Sportline.az Sportal.az saytına istinadən xəbər verir ki, “Səbail”dən ayrılan forvardın “Kəpəz”ə keçə biləcəyi ehtimal edilirdi.

Amma onun Gəncə klubuna keçmək variantı baş tutmayıb.

​Onun karyerasını “Şamaxı”, “Turan Tovuz”da davam etdirmək ehtimalı qalıb.