Raufun "Kukesi"də vurduğu qol

Azərbaycanlı futbolçu Rauf Əliyevin şərəfini qoruduğu "Kukesi" Albaniya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Luşnya" kollektivi olub.

Qarşılaşma "Kukesi"nin qələbəsi ilə yekunlaşıb - 2:0.

R.Əliyev 60-cı dəqiqədə fərqlənərək komandasının qələbəsinə töhfə verib. Bu, futbolçunun "Kukesi"də ilk qolu olub.