"Real Madrid" "Çelsi"dən ayrılan futbolçunu transfer edib

İngiltərənin "Çelsi" komandasından ayrılan futbolçusu Antonio Rüdiger İspaniya "Real Madrid"inə keçib.

Sportline.az "kral klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, azad agent statuslu almaniyalı müdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Onun təqdimatı iyunun 20-də olacaq.

Rüdiger "Real Madrid"in yay transfer dövründə ilk transferi olub. 29 yaşlı oyunçunu almaq istəyən klub 400 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, bu mövsüm Antonio Rüdiger "Çelsi"nin 31 oyununda 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. "Real Madrid" isə İspaniya La Liqasının və Çempionlar Liqasının qalibi adını qazanıb.