“Real Madrid” fransalı futbolçusu ilə yollarını ayırır
“Real Madrid”in rəhbərliyi yayda Ferlan Mendini satmaq qərarına gəlib.
Sportline.az xəbər verir ki, buna səbəb fransalı futbolçunun tez-tez zədələnməsidir.
Bu haqda “Cope” nəşri məlumat yayıb.
Qeyd edək ki, F.Mendi bu mövsüm cəmi 1 matçda meydanda olub.