"Real Madrid" ispaniyalı qapıçı ilə yolları ayıra bilər
"Real Madrid" ispaniyalı qapıçı ilə yolları ayırmaq qərarına gəlib.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Kral" klubu "Çelsi"dən icarə əsasında transfer etdiyi Kepa Arizabalaqanın performansından narazı qaldığı üçün qalıcı olaraq transfer etməyəcək.
Kepa isə "Çelsi"yə dönmək istəmədəyini və "Real Madri"də 2-ci qapıçı kimi çıxış etmək istədiyini klub rəsmilərinə bildirib.
Qeyd edək ki. "Real Madrid" rəsmiləri məsələni düşünəcəklərini deyiblər.