"Real Madrid" öz yetirməsini geri qaytarır
"Komo"da çıxış edən Niko Paz yayda "Real Madrid"ə geri qayıdacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Diario As" nəşri məlumat yayıb.
21 yaşlı futbolçu Madrid klubunun öz yetirməsidir.
Qeyd edək ki, N.Paz cari mövsüm meydana çıxdığı 38 matçda 13 qol, 8 asistlə yadda qalıb.