"Real Madrid" taktikasını dəyişəcək

"Real Madrid" gələn mövsüm 3-4-3 sxemi ilə oynayacaq.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Los Blancos"un yeni baş məşqçisi olacaq Xabi Alonsonun üstünlük verəcəyi bu taktikada  3 mərkəz müdafiəçinin üzərinə böyük məsuliyyət düşəcək.

Onlardan hücumların başlanmasında soyuqqanlığı qorumaq və təkbətək mübarizlərdə qalib gəlmək tələb olunacaq.

Trent Alexander-Arnold ispan mütəxəssisin bu sisteminə ideal uyğun gələcək. O, sağ cinahda hücumlara fəal qoşulacaq.

Jud Bellingem isə mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Bununla da onun hücumlardakı rolu azalacaq. İngiltərəli futbolçu rəqib qapısından daha uzaq düşəcək və müdafiəyə daha çox kömək edəcək.