"Real" Modriçlə müqaviləni uzatdı
"Real" futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi 36 yaşlı yarımmüdafiəçi ilə sözləşməni 2023-cü ilin yayınadək uzadıb.
Qeyd edək ki, Modriç "Real"a 2012-ci ilin yayında "Tottenhem"dən transfer olunub.