"Real" nüfuzlu yarışdan imtina etdi
"Real" klublararası dünya çempionatından imtina edib.
Sportline.az xəbər verir ki, baş məşqçi bunu maliyyə ilə əlaqələndirib.
"Real"ın bir oyunu 20 milyon avrodur. Onlar isə bu məbləği bütün turnir üçün verirlər. Biz də, digər klublar da bu dəvəti qəbul etməyəcəyik", - deyə Ançelotti "Il Giornale"yə açıqlamasında fikrini bildirib.
Qeyd edək ki, klublararası dünya çempionatı gələn il iyunun 15-dən iyulun 13-dək keçiriləməli idi.