"Real" "Sevilya" qarşısına ehtiyat qüvvə ilə çıxacaq
Madrid "Real"ı İspaniya La Liqasının 34-cü turundan təxirə salınmış oyuna optimal heyətlə çıxmayacaq.
Sportline.az xəbər verir ki, “Sevilya” ilə görüşdə əsas heyətin 6 üzvü iştirak etməyəcək.
Söhbət qapıçı Keylor Navas, müdafiəçilər Rafael Varan və Marselo, yarımmüdafiəçilər Toni Kross və Luka Modriç, hücumçu Kriştiano Ronaldodan gedir. Qaret Beyl isə cəzalı olduğu üçün meydana çıxa bilməyəcək.
Qeyd edək ki, “Sevilya” – “Real” matçının start fiti Bakı vaxtı ilə saat 00:30-da səslənəcək.