"Real" üçün real namizəd
"Brayton"un baş məşqçisi Roberto de Zerbi "Real Madrid"də Karlo Ançelottinin yerinə namizədlər sırasındadır.
Sportline.az xəbər verir ki, mütəxəssis Madrid klubunun baş məşqçi postu üçün prioritet variantdır. Ançelottinin "Real Madrid"lə müqaviləsi 2024-cü ilin yayında başa çatır, bundan sonra o, Braziliya millisinə rəhbərlik edəcək.
Ötən mövsüm De Zerbinin rəhbərliyi altında “Brayton” Avropa Liqası zonasını başa vurub. İndi onun komandası Premyer Liqada üçüncü yerdədir.