"Real" Zidana əvəzləyici tapdı
Madrid "Real"ı Zinəddin Zidanın istefasından sonra boş qalan baş məşqçi vəzifəsinə yeni namizəd tapıb. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettinonun xidmətində maraqlıdır.
La Liqa klubu argentinalı mütəxəssislə yaxın günlərdə danışıqlara başlamaq niyyətindədir.
Qeyd edək ki, M.Poçettino 2014-cü ildən "Tottenhem"in uğurları üçün çalışır.