"Real"ın yeni hədəfi
"Çelsi"nin müdafiəçisi Mark Kukurella klubu tərk edə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı ispaniyalıya qışda futbolçunu icarəyə götürməyə hazır olan "Real Madrid" iddia edir. Londonlular müdafiəçi təkliflərini dinləməyə hazırdır.
Ötən mövsüm Kukurella "Çelsi"nin heyətində 33 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Transfermarkt portalı oyunçunu 40 milyon avro qiymətləndirir.