"Real"ın yeni hədəfi - Klopp
"Real" Zinəddin Zidanın istefasından sonra boş qalan baş məşqçi vəzifəsində daha bir namizəd tapıb. SportLine.az "Sun"a istinadən xəbər verir ki, "kral klubu" "Liverpul"un çalışdırıcısı Yürgen Kloppun xidmətində maraqlıdır. Məlumata görə, klub rəsmiləri yaxın günlərdə almaniyalı mütəxəssisin meneceri ilə danışıqlara başlayacaqlar.
Qeyd edək ki, bundan öncə yayılan məlumatda "Real"ın "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinonu komandaya gətirmək istədiyi bildirilirdi.