Rəhbərliklə baş məşqçi arasında qarşıdurma

PSJ-nin baş məşqçisi Tomas Tuhel və idman direktoru Leonardo arasında bir neçə həftədir münaqişə var.

Sportline.az ESPN-ə istinadən xəbər verir ki, rəhbərlik komandanın Çempionlar Liqasının 3 turudan sonra cəmi 3 xal topladığı üçün çalışdırıcının fəaliyyətindən narazıdır.

Bundan əvvəl, Paris təmilçisinin yeni baş məşqçi axtarışında olduğu bildirilmişdi.

Qeyd edək ki, PSJ 24 xala Liqa 1-də liderdir. Paytaxt klubu 3 xalla Çempionlar Liqasının H qrupunda 3-cüdür.