Renat oynadı, "Hatayspor" heç-heçə etdi
Türkiyə Superliqasında 7-ci turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" "Sivasspor"un qonağı olub. Matç 0:0 hesabı ilə başa çatıb.
Renat Dadaşov bu görüşə ehtiyatda başlayıb. O, 59-cu dəqiqədə Karlos Strandberqin yerinə meydana daxil olub.
"Hatayspor" 11 xalla (7 oyun) turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Sivasspor" 7 xalla 12-cidir.